- Baxış sayı: 44
- 20 Noyabr 2024 23:12
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
2026-cı ildə dünyanın “İdman paytaxtı” tituluna sahib olmaq üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar ölkəmizdə səfərdə olan Dünya idman paytaxtı mükafatı üzrə qiymətləndirmə kommisiyasının (ACES) nümayəndələri baş şəhərdə bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.
Səfər çərçivəsində qonaqlar su idmanı sarayı, Avropa oyunları parkı, dənizkənarı milli park, cüdo üzrə təlim-məşq mərkəzi, Bakı “Büllur” sarayı, mərkəzi park, respublika olimpiya mərkəzində olublar. Onlar həmçinin “Ocaq” idman kKlubunun, “Gənclik sağlamlıq” idman kompleksinin, milli gimnastika arenasının, milli idman tibb və reabilitasiya elmi-praktiki institutunun fəaliyyəti ilə də tanış olublar.
Nümayəndə heyəti “Böyükşor” parkı, “Dreamland” və Bakı olimpiya stadionuna da baxış keçiriblər. Gənclər və idman naziri Fərid Qayıbovla görüşən qonaqlar Bakının namizədliyinin təqdimat mərasimində də iştirak ediblər.