Bakı gənclər mərkəzində görüş

İyunun 22-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, Bakı gənclər mərkəzində o gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və əldə etdikləri təcrübələr barədə fikir mübadiləsi aparıb.

Türkiyə, ABŞ, Bolqarıstan, Tatarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Almaniya və Misir Ərəb Respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə və yarışlarda iştirak edən gənclər öz təəssüratlarını bölüşüb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların bundan sonra da fəaliyyətlərinin davamlılığını arzulayıb.

Həmin kateqoriyadan