- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

İyunun 16-dan 25-dək Bakıda boksçuların dünya olimpiya təsnifat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu növdə sonuncu lisenziya yarışı “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək. Artıq yarışda çıxış edəcək boksçularımızın adı məlumdur.
Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) doğma rinqdə Rio-2016-ya lisenziya qazanmağa çalışacaq.
Adı ilk çəkilən idmançımızın işi daha çətin olacaq. Çünki ən yüngül çəkidə yalnız finalçılar oyunlara vəsiqə əldə edəcək. 75 və 81 kq-da isə ilk “5-lik”də yer alanlar Braziliyaya yollanmaq imkanı qazanacaqlar.