FOTO
Bakı şəhər gənclər və idman baş idarəsi 1-ci sinfə gedənləri sevindirib

Gənclər və idman nazirliyinin tapşırığına əsasən baş idarə tərəfindən 2018-2019-cu tədris ilində 1-ci sinfə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və ləvazimatları verilib.

Allsport.az saytı xəbər verir ki, tədbiri giriş sözü ilə açan BŞGİBİ-nin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedən bütün uşaqları salamlayıb, qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib və onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Çıxışdan sonra  paytaxtin 11 inzibati rayonunu təmsil edən ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və ləvazimatları hədiyyə edilib.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildiriblər. Sonda bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.

Həmin kateqoriyadan