FOTO
“Baku Fires” ilk səfər qələbəsini qazandı

Ümumdünya Boks Seriyasının (WSB) 7-ci turunda Azərbaycanın “Baku Fires” klubu səfərdə Argentinanın “Argentina Condors” komandası ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, “Baku Fires” cari mövsümdə ilk dəfə səfər qarşılaşmasında qalib gəlib – 4:1.

Döyüşlərin nəticələri:
Argentina Condors – Baku Fires
49 kq. Leandro Zarate – Məhəmməd İbiyev – 3:0 (49:46, 49:46, 49:46).
56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov – 0:3 (46: 49, 45:50, 45:50).
64 kq. Leandro Amitrano – Heybətulla Hacəliyev – 0:3 (45:50, 45:50, 43:50).
75 kq. Alberto Lebenstajn – Nikolay Veselov – 0:2 (47:48, 46:49, 45:50).
91 kq. Daniel Blanş – Abdulqadir Abdullayev – 0:3 (41:50, 44:50, 43:50).

“B” qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “İtalia Thunder “ komandasını 3:2 hesabı ilə məğlub edib. “Puerto Riko Hurricanes” klubu USA “Knockouts” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Rafako Hussars Poland” isə səfərdə “Caciques Venezuela” komandasına 2:3 hesabı ilə uduzub.

Turnir cədvəli:
1. Astana Arlans – 21 xal, döyüşlərin fərqi –(29-6)
2. USA Knockouts –16, (20-15)
3. Baku Fires – 14, (22-13)
4. İtalia Thunder – 13, (19-15)
5. Puerto Riko Hurricanes – 11, (14-21)
6. Caciques Venezuela – 10, (14-21)
7. Rafako Hussars Poland – 7, (14-21)
8. Argentina Condors – 1, (7-27)

“Baku Fires” növbəti görüşünü martın 7-də Milanda “İtalia Thunder”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan