- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Döyüşlərin nəticələri:
“Astana Arlans” – “Baku Fires” 4:1
52 kq. Oljas Sattıbayev – Murad Rabadanov 3:0 (50:45, 50: 45, 50:45)
60 kq. Zakir Safiulin – Albert Səlimov 0:3 (47: 48, 46:49, 47:48).
69 kq. Kanaqat Maralov – Pərviz Bağırov 2:1 (46:49, 49:46, 48:47).
81 kq. Hrvoje Sep – Mixail Dauqalivets – 3:0 (50:44, 50:44, 50:44).
+91 kq. Filip Hrqoviç – Hacı Murtuzəliyev TKO R1 2:30
Bu görüşdə idmançıların fərdi reytinqi baxımından iki qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 60 kq çəki dərəcəsində Albert Səlimov rəqibini məğlub etsə də, təssüff ki, Pərviz Bağırov qələbə qazana bilmədi. Son döyüş heç bir əhəmiyyət kəsb etmədiyindən və Hacı Murtuzəliyev son anda heyətə daxil edildiyindən məşqçilər boksçumuzun sonadək mübarizə aparmasını məqsədə uyğun saymadılar.
“Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.