- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu yeni mövsümdə 2-ci görüşünü keçirəcək. Allsport.az xəbər verir ki, komandamız fevralın 5-də saat 19:00-da Boks Mərkəzində liqanın debütantı “Uzbek Tigers” klubu ilə qarşılaşacaq.
Özbəkistan təmsilçisi 1-ci turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub edib. “Uzbek Tigers”in heyətində cari mövsümdə Özbəkistan millisinin ən güclü boksçuları cəmləşib.
Komandaların heyətləri artıq məlumdur:
Baku Fires – Uzbek Tigers
52 kq. Məhəmməd İbiyev – Abrorjon Kadırov
60 kq. Hasan Arsunkayev – Elnur Abdurraimov
69 kq. Yevgeni Ramaşkeviç – Dostonbek Turdiyev
81 kq. Mixail Dolqolivets – Şuxrat Abdullayev
+91 kq. Arslanbek Mahmudov – Sərdor Abdullayev
Özbəkistan komandası Bakıya döyüşkən heyətlə gəlib. 52 kq çəki dərəcəsində çıxış edəcək Kadırov hazırda yaxşı formadadır. O, ötən il həm Almaniyada, həm də Qroznıda keçirilən beynəlxalq turnirlərin qalibi olub.
Elnur Abdurraimov da qonaq komandanın ən təcrübəli boksçularındandır. Abdurraimov ötən il Qətərdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. Özbəkistan boksçusu kubalı Lazaro Alvarezə məğlub olsa da, braziliyalı Robson Konseysaonu üstələyib. WSB-də ilk görüşünə çıxacaq Arsunkayev üçün bu döyüş olduqca çətin olacaq.
Dolqolivetsin rəqibi 26 yaşlı Şuxrat Abdullayev hələ 2011-ci ildə Asiya çempionatında 1-ci yerə layiq görülüb. O, uzun illərdir ki, Özbəkistan millisinin heyətinə cəlb edilir.
Arslanbek Mahmudovla üz-üzə gələcək Sərdor Abdullayev də bizə yaxşı tanış olan boksçdur. 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov iki dəfə Özbəkistan boksçusunu məğlub edib: 2011-ci ildə WSB liqasında və həmin il Bakıda dünya çempionatında.
Turnir cədvəli
1. Uzbek Tigers – 3 xal (1 görüş, qələbə sayı 5-0)
2. Astana Arlans – 3 xal (1, 4-1)
3. Baku Fires – 0 (1, 1-4)
4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).