- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ümumdünya Boks Seriyasında mübarizə aparan “Baku Fires” klubu cümə günü yeni mövsümdə ikinci görüşünə çıxacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın rəqibi “Uzbek Tigers” olacaq. Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Döyüşün supervayzeri Patt Fiakko ötən il Avropa Oyunlarında Bakıda olduğunu xatırladaraq, yenidən şəhərimizə gəlməkdən məmnunluğunu ifadə edib.
Qonaqların baş məşqçisi Rovşan Xocayev Özbəkistanın WSB-yə yeni qoşulduğunu deyərək, debüt mövsümündə güclü rəqiblərlə üz –üzə gələcəklərini bildirib: “D qrupunda “Baku Fires” və “Astana Arlans” kimi güclü rəqiblər var. Əminəm ki, ən maraqlı və gərgin görüşlər məhz bizim qrupda olacaq”. Xocayev ilk turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub etmələrinin təsadüfi olmadığını vurğulayıb: “Biz çempionata yaxşı hazırlaşmışıq. Kubada bu ölkənin boksçuları ilə təlim-məşq toplanışımız oldu. Ümid edirəm ki, Baku Fires-lə qarşılaşmada əksər çəkilərdə məhz biz qalib gələcəyik”.
“Baku Fires”-in baş məşqçisi Nuripaşa Talibov Özbəkistanda böyük boks ənənələri olduğunu qeyd edib. O, “Uzbek Tigers”-in debütant olmasına baxmayaraq, “D” qrupunda ən güclüllərdən sayıldığını deyib: “İlk görüşdə səfərdə “Astana Arlans”-a 1:4 hesabı ilə uduzduq. Hesab edirəm ki, Karaqandada 91 kq çəki dərəcəsində mübarizə aparan Hacı Murtuzəliyev rəqibinə məğlub olmamışdı. Ümumilikdə isə etiraf etmək lazımdır ki, “Astana Arlans” son çempiondur və liqanın ən güclü klublarındandır”.
Talibov adı iştirak ərizəsinə salınan Albert Səlimov və Abdulqadir Abdullayevin bu mövsümdə rinqə çıxıb-şıxmayacağı məsələsinə də toxunub. O, hər iki boksçunun milli komandanın düşərgəsində Macarıstanda beynəlxalq turnirdə olduqlarını xatırladıb. “Baku Fires”-in baş məşqçisi Abdullayevin çox güman ki, Puerto Riko təmsilçisi ilə döyüşdə rinqdə olacağını deyib. Qeyd edək ki, komandamızın düşərgəsində hazırda yeni boksçu var. Super ağır çəki dərəcəsində çıxış edən ukraynalı Vladislav Sirenkonun 20 yaşı var. Hələki onunla müqavilə imzalanmayıb.
Xatırladaq ki, “Baku Fires – “Uzbek Tigers“ görüşü fevralın 5-də saat 19-da Boks Mərkəzində start götürəcək.