- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ümumdünya Boks Seriyasında (WSB) ölkəmizi təmsil edən “Baku Fires”in qrupdakı rəqiblərindən “Astana Arlans”da ciddi dəyişikliklər baş verib. Azerisport.az xəbər verir ki, komanda yeni mövsümdə yalnız yerli boksçularla mübarizə aparacaq.
Bundan başqa, ötən il kluba çempionluq qazandırmış baş məşqçi Marat Djakiyev də postundan ayrılıb. “Astana Arlans”ın baş meneceri Serik Sapiyevin sözlərinə görə, Djakiyev bundan sonra milli komandada işləyəcək. Olimpiya oyunlarına lisenziya qazanan boksçular WSB liqasında çıxış etməyəcəklər. Odur ki, “Astana Arlans”a 2-ci və 3-cü nömrələr cəlb olunub. Qazaxıstan komandasının heyətində bu mövsüm 10 boksçu debüt edəcək.
“Astana Arlans” klubunun heyəti:
49 kq: Temirtas Jusupov, Mardan Berikbayev, Jomart Yerjan.
52 kq: Oljas Sattıbayev, Azat Maxmetov, Miras Jakupov.
56 kq: Meyirbolat Toitov, Nursultan Koşequlov, Nurbol Kaljanov.
60 kq: Zakir Safiullin, Yerjan Musafirov, Bekdaulet İbrahimov.
64 kq. Samat Başenov, Asxat Ualixanov, Sabırjan Bekberqenov.
69 kq: Aslan Şımberqenov, Kanaqat Maralov, Bekzat Xalmetov.
75 kq: Meyirim Nursultanov, Rüstəm Svayev, Erik Aljanov.
81 kq: Nurdaulet Jarmanov, Əli Əhmədov, Arman Rısbek.
91 kq: Muxametdan Erkin, Raxman Aldjanov.
+91 kq: Kaşımbek Konkbayev, Nurjan Bekzatov, Nursultan Amanjolov.
Xatırladaq ki, “Baku Fires” qrupda ilk görüşünü yanvarın 22-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək.