- Baxış sayı: 33
- 04 Dekabr 2024 17:46
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
Yüngül çəkidə mütləq dünya çempionu Artur Beterbiyev açıqlama verib.
Allsport.az xəbər verir ki, rusiyalı boksçu 22 fevralda həmyerlisi Dmitri Bivolla keçiriləcək revanş döyüşünə hazırlıq barədə danışıb.
“Çox vaxt qalmasa da, düşünürəm ki, cavab görüşünə tam hazırlaşa biləcəm. Artıq iki aydır ki, məşq edirəm. Hazırlıq prosesində son döyüşün səhvlərini təhlil edib, növbəti döyüş üçün taktika hazırlayacağıq.
Bütün bunlar mənim üçün çox maraqlıdır, çünki peşəkar karyeramda hələ revanş döyüşüm olmayıb. Bu mənim üçün yenidir, ona görə də hər şeyin necə olacağını görəcəyik”.