“Birgə buna nail olmuşuqsa…”

Qəbələdə “İdman paytaxtı-2025” layihəsinin açılışı oldu. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov mərasimdən sonra açıqlama verdi: “Açılışda çoxlu istedadlı uşaqlar gördük. Onların artıq idman nəticələri də var.

Görüş zamanı qeyd etdim ki, ölkə başçısının müvafiq tapşırığına əsasən, bu, müxtəlif qurumların gördüyü işin nəticəsidir. Birgə buna nail olmuşuqsa, həmin uşaqların gələcəkdə beynəlxalq yarışlarda uğurlu çıxış edəcəklərinə inanıram.

İdman paytaxtı təşəbbüsünə gəlincə, ötən il Quba eyni adı daşıdı. Düşünürəm ki, bu şəhər öz işinin üzərindən layiqincə gəldi: müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etdi və Qubada idmanla məşöul olanların sayı artdı. Qəbələdə belə olacağına inanıram

Bəzi federasiyalar ölkə çempionatlarını burada keçirməyi planlayırlar. Azərbaycanda təşkil olunacaq 3-cü MDB oyunlarında yarış məkanına Qəbələ də daxildir. Ümidvaram ki, ilin sonunda bu şəhərdə daha çox insanın idmana cəlb olunmasının şahidi olacağıq”.

Həmin kateqoriyadan