- Baxış sayı: 40
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

Azərbaycan boks federasiyası prezidentinin müşaviri Samir Hüseynov və federasiyanın idarə heyətinin üzvü Rövşən Hüseynov müxtəlif yaş qrupları üzrə yığmaların məşqçiləri və hakimlərlə görüşüblər.
Allsport.az saytı xəbər verir ki, toplantıda milli komandalarımızın ilin əvvəlindən bu günədək iştirak etdiyi yarışlar, göstərdiyi nəticələr, qarşıdakı turnirlər müzakirə olunub.
Məşqçilər heyətlərinin hesabatları dinlənilib, yarışların sayının artırılması qərara alınıb. Avropa birinciliyində məktəbli boksçularımızın tarixi uğur və rekordları da xüsusi vurğulanıb. Qeyd olunub ki, uşaq boksunun daha da inkişafı üçün bu ildən kadetlər arasında Azərbaycan kuboku keçiriləcək.
Bundan əlavə, hakimlərimizin beynəlxalq dərəcələrinin artırılması, yarışlarda iştirakı da müzakirə mövzusu olub.
Yekunda növbəti uğurların əldə olunması üçün görüləcək işlərə dair fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.