- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə beynəlxalq boks turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Turnirdə mübarizə aparan Azərbaycan millisi Vətənə 5 medalla dönüb. Məşqçi Rafiq Hüseynovun rəhbərliyi ilə bizdən Pərviz Bağırov (69 kq) gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) 3-cü yer tutub.
Digər 3 mükafatı qadınlarımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.
Belarusun paytaxtında döyüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Fuad Aslanov təmsil edib.