- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət milli Rusiyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, Vaqif Şirinovun komandası Nalçikdə yoxlama görüşləri keçirəcək. Rinq ustalarımız 3 qarşılaşmada qüvvəsini sınayacaqlar. Bu döyüşlər fevralın 5-6-na təsadüf edəcək. Rəqiblər Polşa, ev sahiblərinin 19-22 yaşlılardan ibarət komandası və Qafqaz ölkələrinin yığması olacaq.
Məşqçilər Yadigar Əliyev (49 kq), Elvin Məmişzadə (52 kq), Əflatun Babayev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov, Nəbi İsgəndərov (hər ikisi – 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov, Pedro Alfonso (81 kq), Rövşən Yaqubzadə (91 kq) və Sadiq Səmədova (+91 kq) fürsət verəcək.
Heyətdə Rio-2016 yay olimpiya oyunlarının finalçısı Lorenzo Sotomayor (69 kq) yer almayıb. Görünür, ölkə çempionatının yarımfinalında “Sədərək” klubunun üzvü Elnur Süleymanov güclü zərbə alaraq nokauta düşən kuba əsilli idmançı hələ də özünə gəlməyib. Necə ki, ABF-nin 1-ci vitse-prezidenti Ağacan Abiyev müsahibəsində bu məqamı xüsusilə vurğulamışdı.
Komandamız fevralın 7-də Vətənə qayıdacaq.