- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 224
- Mart 26, 2026
- 0
Kişi boks millimizdə baş məşqçi dəyişikliyi olub. Allsport.az saytı xəbər verir ki, ukraynalı baş məşqçi Leonid Loivski istefaya göndərilib. Onu Vaqif Şirinov əvəzləyib.
Mütəxəssis, ən azı, Tokio-2020-yədək yığmanın sükanı arxasında olacaq. Komandada böyük məşqçi funksiyasını isə yenə Nəriman Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət milliyə rəhbərlik edib.