- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Boks üzrə böyüklər arasında ölkə çempionatına start verilib. Allsport.az xəbər verir ki, ABF-nin yeni boks mərkəzində keçirilən yarışın ilk günündə 45 döyüş baş tutub.
60 kq çəki dərəcəsində çıxış edən “Baku Fires” klubunun üzvü Nəsrəddin Məmmədov mübarizəsiz növbəti mərhələyə çıxıb. Onun rəqibi Həmzə Quliyev rinqə çıxmayıb. 2009-cu ilin dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) yarışa qələbə ilə başlayıb. “Gilan”ı təmsil edən boksçu Zöhrab Əzimovu məğlub edib – 3:0. “Baku Fires”in daha bir üzvü – Həsən Arsunkayev gərgin mübarizədə Araz Gülməmmədovdan üstün olub – 2:1.
69 kq çəki dərəcəsində favoritlərden olan Tamerlan Abdullayev də ilk mərhələdə qalib gəlib. Təcrübəli boksçu Coşqun Əliyev üzerində qələbə qazanıb – 3:0.
Bu çəkidə “Gilan”in üzvü Saqi Salehli də qələbə qazanıb. O, Şəmistan Novruzlunu məğlub edib – 3:0. 69 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Elnur Süleymanov da növbəti mərhələyə yüksəlib.
75 kq çəki dərəcəsində “Baku Fires”in üzvü Jaba Xositaşvilinin Rahib Şabanova uduzmasını sensasiya saymaq olar. Bu çəkidə Nəbi Bağırov Orxan Məmmədovu məğlub edib. 75 kq-da qələbəyə namizədlərden sayılan Elvin Qəmbərov da ilk görüşdə qalib gəlib. “Baku Fires” klubunun üzvü Nikolay Veselov da ilk mərhələni qələbə ilə başa vurub.
Qeyd edək ki, milli komandamızın əksər 1-ci nömrələri ölkə çempionatında çıxış etmirlər.