- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fevralın 3-də Macarıstanın Debretsen şəhərində ilin ilk mötəbər boks turnirinə start veriləcək. Allsport.az xəbər verir ki, əsası 1956-cı ildə qoyulan Boskai memorialında 29 ölkənin 168 dəri əlcək ustası mübarizə aparacaq.
Yarışda iki dünya, 7 Avropa çempionları, həmçinin Avropa Oyunlarının 6 qalibi çıxış edəcək. Azərbaycan milli komandası Pedro Roqe və Lazaro Ximenes Martinesin rəhbərliyi altında yarışda 7 boksçu ilə təmsil olunacaq. Qeyd edək ki, millimiz Macarıstan turnirinə yetərincə güclü heyətlə yollanıb. Dünya çempionu, Avropa Oyunlarının qalibi, ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vurmuş Albert Səlimov yarışın ən titullu idmançılarındandır. Avropa oyunlarının qalibi, iki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev kimi tanınan boksçularımız da Debretsendə rinqə çıxacaqlar.
Milli komandamızın heyəti:
49 kq: Rüfət Hüseynov
56 kq: Tayfur Əliyev
60 kq: Albert Səlimov
64 kq: Lorenzo Sotomayor
75 kq: Kamran Şahsuvarlı
81 kq: Teymur Məmmədov
91 kq: Abdulqadir Abdullayev
Ölkəmizi hakim kimi yarışda Ceyhun Qədirli təmsil edəcək. Qeyd edək ki, Macarıstan millisi bu yarışa Kubada yerli komanda ilə birgə hazırlaşıb. Ötən il Boskai turnirində millimizin iki üzvü – Məsud Yusifzadə və Xaybulla Musalov 1-ci yeri tutublar.