- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sabah boks yığmamız Özbəkistanın Anqren şəhərinə təlim-məşqə yollanacaq. Allsport.az saytı xəbər verir ki, səfərdə məqsəd 2-ci Avropa oyunlarına hazırlığın sonuncu mərhələsini keçməkdir. Komandamızın toplanışı 15 gün davam edəcək.
Baş məşqçi Vaqif Şirinov, məşqçilər Nəriman və Etibar Abdullayevlər hazırlığa Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) cəlb ediblər.
Qeyd edək ki, Minsk-2019 iyunun 21-dən 30-dək keçiriləcək.