- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Gənc oğlan boks millisinə yeni baş məşqçi təyin olunub. Allsport.az saytı xəbər verir ki, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.
Bunadək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis, bu gündən yeni işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstan paytaxtı Sofiyada qitə çempionatına təsadüf edəcək.
Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.