- Baxış sayı: 33
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Kişi boksçulardan ibarət Azərbaycan yığması dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək. Allsport.az xəbər verir ki, millimiz təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.
Baş məşqçi Rövşən Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər. Komandamız Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.
Toplanış avqustun 29-da yekunlaşacaq.
Dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.