- Baxış sayı: 31
- 14 Aprel 2025 14:04
- Baxış sayı: 30
- Aprel 14, 2025
- 0
İSF U15 gimnaziada idman oyunlarında boksçuların mübarizəsinə start verilib. Allsport.az xəbər verir ki, Zlatiborda keçirilən yarışın ilk günündə Azərbaycan yığmasının 10 idmançısı döyüşünü qələbə ilə başa vurub.
Millinin heyətində Babək Abdullayev (40 kq) Zaxari Kovala (Ukrayna), Azad Məmmədli (44 kq) İvan Burlakaya (Ukrayna), İsmayıl Aslanlı (50 kq) Orest Petrovskiyə (Ukrayna), Yusif Əli (52 kq) Aleksandros Konstantinouya (Kipr) və Kəmalə Həsənova (54 kq) Ana Santos Velosoya (Braziliya) qalib gələrək, yarımfinala vəsiqə qazanıblar. Onlar qələbə sayəsində özləri üçün azı bürünc medalı da təmin ediblər.
Aysan Miriyeva (46 kq) yarımfinalda Santos Silvanı (Braziliya), Leyla Mahmudlu (51 kq) Esmanur Kahramanı (Türkiyə), Nurlan Müseyibli (66 kq) Qleb Zlenkonı (Ukrayna), Zirəddin Rüstəmli (70 kq) Draqan Todoroviçi (Serbiya) və Mehran Rəsulov (75 kq) Rijon Rumba Limanı (Nepal) məğlub edərək, finala vəsiqə qazanıblar.
Digər boksçu Nəriman Əli (54 kq) isə yarımfinalda məğlub olaraq, gimnaziadanı bürünc medalla başa vurub.
Boksçuların mübarizəsinə aprelin 12-də yekun vurulacaq.