Boksçularımız Avropa birinciliyində mübarizə aparacaq

İyunun 23-də Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

Allsport.az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Ağası Məmmədov birincilikdə Ayxan Həsənov (46 kq), Nihat Qasımov (48 kq), Zakir Həsənzadə (50 kq), Əli Baxışov (52 kq), Şahin Aslanov (57 kq), Vüsal Xəlilov (60 kq), Kənan Aslanlı (63 kq), Adil Zalov (66 kq), Rza Rzayev (70 kq), İsmayıl Vəliyev (75 kq), Əli Məmişov (80 kq) və Səftər Məmmədzadəyə (+80 kq) şans verəcək.

Qızlardan ibarət millinin məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Banuçiçək Nəsirli (46 kq), Aylin Nəzərova (48 kq), Aysun Mikayılova (50 kq), Əminə Tağı (52 kq), Mədinə Məmmədova (57 kq) və Dəniz Babayeva rinqə çıxacaqlar.

Yarışda beynəlxalq dərəcəli Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Həmin kateqoriyadan