Boksçular Beyləqanda: Komandamızı olimpiya kompleksinin direktoru Anar Babanlı qarşılayıb

Boks millimiz Tokio-2020-yə hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, təqvim planına əsasən, yığma yenidən bir araya gəlib. Amma bu dəfə paytaxtda deyil, bölgədə, Beyləqanda toplaşıb. Olimpiya idman kompleksinin direktoru Anar Babanlıdır. Bu soyad idman ictimaiyyətində məşhurdur, çünki ailə sözü gedən sahənin müxtəlif qolunda çalışır. Anar müəllim, həm də, boks üzrə beynəlxalq dərəcəli hakimdir.

Babanlı saytımıza verdiyi açıqlamasında bildirib ki, 2-həftəlik təlim məşqə ölkəmizin əsas aparıcı rinq ustaları cəlb olunublar. Onların sırasında Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Cavid Çələbiyev (63 kq) kimi olimpiya və dünya mükafatçıları var. Durumla yaxından tanış olmaq üçün, ABF-in vitse-prezidenti Rövşən Hüseynov sabah Beyləqana səfər edəcək.

Komandamızı bu toplanışdan sonra Londonda Avropa olimpiya təsnifat turnirinin davamı gözləyir. Həmin yarışda hələlik Tayfur Əliyev (57 kq) “dördilliy”ə vəsiqə qazanmışdı. Tədbirin gedişində İngiltərə paytaxtında koronavirus pandemiyası artdığından, döyüşlər yarımçıq dayandırılmışdır.

Возможно, это изображение (один или несколько человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (1 человек и стоит)
Возможно, это изображение (1 человек и стоит)

Həmin kateqoriyadan