- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Rusiyanın Krasnodar şəhərində Nikolay Pavlyukovun xatirəsinə gənc boksçuların beynəlxalq turnir start götürəcək. Allsport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Komandamız səfərə baş məşqçi Əsgər Eyvazovun rəhbərliyi ilə yollanıb. Məşqçilər heyəti Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Zaur Qəhrəmanov (60 kq) və Fətəli İsmayılova (86 kq) fürsət verəcək.
Millimiz sentyabrın 19-da Vətənə qayıdacaq.
Yarış Monteneqronun Budva şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.