- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Bakıda boksçuların Rio-2016-ya lisenziya verən dünya təsnifat turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda uğurlu çıxış edən millimiz rinqdə tarix yazıb: daha 3 vəsiqə qazanan kişilərdən ibarət komandamız ilk dəfə olimpiadaya tam heyətlə yollanacaq.
Kamran Şahsuvarlının (75 kq) 1/4 finalda uduzduğu Mark O`Rayli çempion olduğuna görə, idmançımız ilk beşliyə düşərək Braziliyaya yollanmaq hüququ qazanmışdı. Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədov (81 kq) isə rəqibləri final görüşünə çıxmadığı üçün çempion adını qazanıblar.