Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar

Bu gün Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürəcək.

Allsport.az xəbər verir ki, 13 gün davam edəcək yarışda Azərbaycanın 9 idmançısı mübarizə aparacaq.

İlk yarış günündə 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov rinqə çıxacaq. Onun rəqibi kubalı Osvel Kaballero Qarsia olacaq.

25 oktyabr
57 kq
1/32 final

Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

26 oktyabr
51 kq
1/16 final

Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

63,5 kq
1/32 final

Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

92 kq
1/32 final

Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

27 oktyabr
60 kq
1/32 final

Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

86 kq
1/16 final

Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

28 oktyabr
+92 kq
1/16 final

Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr
71 kq
1/16 final

Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya) cütünün qalibi

30 oktyabr
75 kq
1/16 final

Mirşərif Kazımzadə – Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan) cütünün qalibi

İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu iştirak edəcək. 2 600 000 ABŞ dolları mükafatı fondu olacaq mundialda çempion 100 000 ABŞ dolları qazanacaq. 2-ci yerin sahibi 50 000 dollar, 3-cü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

Həmin kateqoriyadan