- Baxış sayı: 41
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0
Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, Avropa çempionatından sonra istirahətdə olan komandamız Bakıda bir araya gəlib.
Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində baş tutacaq dünya çempionatına hesablanan hazırlığın ilk mərhələsi iyulun 23-də başa çatacaq. Boks Mərkəzində təşkil olunan ilkin mərhələdə əsasən fiziki məşqlərə üstünlük veriləcək.
Təlim-məşq toplanışına 5-i mundiala qatılacaq boksçu olmaqla 10 idmançı cəlb edilib. Dünya çempionatında bizdən Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak etmək hüququna yiyələnib.