- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.
Abşeron olimpiya idman kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək.
Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.