Boksçularımız İtaliyada hazırlaşır

Tokio yay olimpiya oyunlarına hazırlaşan kişi boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Allsport.az xəbər verir ki, yığmamız Assizi şəhərindəki boks akademiyasında 10-dək ölkənin qatıldığı təlim-məşq toplanışında İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər yığmalarla birgə məşqləri davam etdirir.

Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzrə çalışırlar. Onların növbəti günlərdə sınaq görüşləri də planlaşdırılır. Toplanışa “Tokio-2020”yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qatılıblar. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz iyulun 18-dək İtaliyada hazırlıq keçdikdən sonra Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.

Tokio olimpiadasının boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də başa çatacaq. Qarşılaşmalar “Ryoqoku Kokuqikan” idman sarayında keçiriləcək.

Həmin kateqoriyadan