Boksçularımız Qomeldə 4 qızıl və 2 gümüş medal qazanıb

Gənc boksç millimiz Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində Aleksey Yukovun mükafatları uğrunda beynəlxalq turnirdə qüvvəsini sınayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vaqif Şirinov yarışda 15 idmançıya şans verib.

Komandamız 4 qızıl və 2 gümüş medal qazanıblar. Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gəliblər. Yalnız finalda yenilən Əflatun Babayevlə (52 kq) İsmayıl Yaqubov (91 kq) 2-ci yerlə kifayətləniblər.

Həmin kateqoriyadan