- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Bakıda boksçuların Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinin 6-cı günü bizə uğurlu olub. Allsport.az saytı xəbər verir ki, Teymur Məmmədov 1/8 finalda gürcüstanlı Laqo Kiziriyanı mübarizədən kənarlaşdırıb.
Rüfət Hüseynov (49 kq) 1/4 finalda mərakeşlı Zuhir əl-Bekkali üstələyib. Kamran Şahsuvarlı (75 kq) bu mərhələdə venesuelalı Xose Qonsales Mendesi sıradan çıxarıb.
39 lisenziya uğrunda 105 ölkədən 469 kişi idmançının mübarizə apardığı dünya təsnifat turniri “Sərhədçi” Olimpiya-İdman Mərkəzində keçirilir. Turnirdə 75 və 81 kq-larda olimpiadaya lvəsiqəni ilk 5 yeri tutan idmançılar qazanacaqlar.
49 kq çəkidə isə Rioya finalçılar yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət milli komanda olimpiadaya tam heyətlə qatılacaq.