- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

Stavropolda boksçuların beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 1 saylı RİOEUGİM və “Qızıl əlcək” idman klubu təmsil ediblər. Komandamız turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb.
Kadetlerdə Ayaz Tağızadə (26 kq), Rauf Allahverdiyev (46 kq), Pərviz Aram (32 kq) çempion olublar. Yeniyetmələrin döyüşündə Amin Məmmədzadə (38,5 kq), Firudin Məmmədov (63 kq) və Davud İbrahimov (66 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Gəncləridə Ağasəlim Mustafazadə (60 kq), Türkeş Mustafayev (69 kq), kişilərdə Pərvin Heydərov (69 kq) və Elşən Huseynov (+91 kq) çempion olublar.