- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
19-25 fevralda Bolqarıstan paytaxtı Sofiyada boksçuların ənənəvi “Stranca” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 69-cu yarışda 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir. Həm kişilər, həm də qadınlar 10 çəkidə qalibləri müəyyənləşdirəcəklər.
Millimizin məşqçilər heyəti bu sınaqda Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədliyə (91 kq) fürsət verəcək.
Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edəcək. Sabah yığmamız Boks Mərkəzindəki təlim-məşq toplanışını başa vuracaq. Komandamız ilin ilk beynəlxalq yarışına fevralın 17-də gecə saatlarında yollanacaq.