- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tailanda yollanıb. Allsport.az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışının növbəti mərhələsini bu ölkədə keçəcək.
Məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi – 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) sınaqdan keçirəcək. Toplanışda bir neçə aparıcı boks ölkəsi də iştirak edəcək. Yığmamız hazırlığa gələcək ölkələrlə yoldaşlıq görüşləri də keçirməyi planlaşdırır.
Toplanış Tokio 2020 yay olimpiya oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyır.