- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günü rinqə Azərbaycan millisinin 4 üzvü çıxıb.
İlk mərhələdən azad olan Lorenzo Sotomayor (64 kq) Den Uolşla üz-üzə gəlib. Çətin keçən qarşılaşma 2:1 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb. Avropa Oyunlarının da qızıl medalını qazanmış Sotomayor 1/4 finalda Aleksandros Tsanikidislə (Yunanıstan) qarşılaşacaq.
İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə daha asan qələbə qazanıb. Avropa Oyunlarındakı zədəsini sağaldan olimpiya mükafatçısı Dean Qardineri (İrlandiya) üstələyib – 3:0. O, yarımfinala gedən yolda italiyalı Quido Vianello ilə döyüşəcək.
Yana Alekseyevna (60 kq) da rinqdən qələbə ilə ayrılıb. İkinci döyüşündə Tatar Gülsümlə (Türkiyə) gücünü yoxlayan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Alekseyevna 1/4 finalda Aqnes Aleksiussonla (İsveç) qarşılaşacaq. Hər 3 döyüş sabah baş tutacaq.
Onlardan fərqli, qadınlardan ibarət yığmamızın lideri Yelena Vıstropova (75 kq) ilk döyüşdəcə uduzub. 1/8 finalda türkiyəli Sema Çalışkanla qarşılaşan boksçumuz hər 3 raundda zəif təsir bağışlayıb – 0:3.
Bununla da 10 idmançımızdan 3-ü mübarizəni dayandırıb. Vıstropovadan öncə Anaxanım Ağayeva (51 kq) və Kamran Şahsuvarlı (75 kq) da yarışla erkən vidalaşb.