- Baxış sayı: 23
- 14 Dekabr 2025 11:05
- Baxış sayı: 655
- Dekabr 12, 2025
- 0

İstanbulda təşkil edilən boks üzrə beynəlxalq Boğaziçi turniri başa çatıb. Allsport.az xəbər verir ki, yarışda 30-a yaxın ölkədən 250 idmançının qatılıb.
Millimiz turniri 7 medalla başa vurub. Yığmamızın heyətində Məsud Yusifzadə (52 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ikinci yeri tutub. Ümid Rüstəmov (57 kq) və Alfonso Dominqes (81 kq) isə bürünc medalla kifayətlənib.
Azərbaycan boksçuları turnirdən öncə qardaş ölkədə təlim-məşq toplanışı keçiblər.