- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kişi boksçulardan ibarət millimiz Avropa olimpiya təsnifat turnirinə hazırlığı Özbəkistanda davam etdirir. Allsport.az xəbər verir ki, Umberto Orta Dominqesin rəhbərlik etdiyi komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunan məşqlərə 6 boksçu ilə qatılıb.
Hazırlıq prosesinə boksçularımızdan Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Məhəmməd Abdullayev (+91 kq) və olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) qatılıblar.
Özbəkistanda təlim-məşq toplanışı mayın 23-dək davam edəcək.
Avropa Olimpiya təsnifat turniri iyunun 4-8-də Parisdə keçiriləcək.
Avropa olimpiya təsnifat turniri ötən il martın 14-də başlayıb. Lakin Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılıb. Millimizin heyətində Tayfur Əliyev 1/4 finala yüksəlməklə olimpiadada iştirak hüququ qazanıb.