- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Londonda keçiriləcək boks üzrə Avropa olimpiya təsnifat turnirinin püşkü atılıb. Allsport.az xəbər verir ki, 40 ölkədən 350 idmançının qatılacağı yarışda millimizin üzvlərinin ilk rəqibləri bəlli olub.
Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.
“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 yay olimpiya oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.
Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk 8-likdə qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da 6-lıq lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə 4-lük Tokio-2020 arzusunu reallaşdıracaq.
Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində 6-lıq lisenziyaya sahib olacaqsa, 75 kq-da isə 4-lük olimpiadada iştirakını rəsmiləşdirəcək.
Martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.
Kişilər
14 mart
1/32 final
75 kq
Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)
1/16 final
57 kq
Tayfur Əliyev – Bişara Sabbar (İsrail)
15 mart
1/16 final
63 kq
Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)
91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)
16 mart
1/16 final
69 kq
Lorenso Sotomayor – Dmitri Qalaqot (Moldova)
1/8 final
52 kq
Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)
17 mart
1/8 final
81 kq
Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)
18 mart
1/8 final
+91 kq
Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)
Qadınlar
1/16 final
14 mart
51 kq
Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)
17 mart
1/8 final
57 kq
Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)
75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa).