Boksçuların Rio oyunlarına son ümidi Bakı dünya təsnifat turniridir

Bu gün Bakıda Rio-2016-ya lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək yarışında 105 ölkədən 469 kişi idmançı mübarizə aparacaq.

Azərbaycanı turnirdə Rüfət Hüseynov (49 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (81 kq) təmsil edəcəklər. Boksçularımız olimpiadaya lisenziya qazanmağa çalışacaq. Bunun üçün adı ilk çəkilən rinq ustamız finala yüksəlməli, digər ikisi ilk beşliyə düşməlidirlər.

Qeyd edək ki, Azərbaycan boksçularından Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) “io-2016-ya lisenziya qazanıblar. Qadınlardan isə yeganə vəsiqəni ölkəmizə Yana Alekseyeva (60 kq) qazandırıb.

Həmin kateqoriyadan