- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Boksçumuz Alfonso Dominqes (81 kq) Parisdə keçirilən Avropa olimpiya təsnifat turnirinin qalibi olub. Allsport.az xəbər verir ki, o, döyüşə çıxmadan çempion olub.
Təmsilçimizin rəqibi – Benjamin Uitaker (Böyük Britaniya) final qarşılaşmasına çıxmaqdan imtina edib.
Təsnifat turniri yığmamız üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla başa vurub.
Bundan başqa, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 yay olimpiya oyunlarına lisenziya əldə edib.