- Baxış sayı: 30
- 05 Dekabr 2025 23:19
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/2 final mərhələsinin döyüşlərinə start verilib. Allsport.az xəbər verir ki, Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.
1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionunu 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edibş
Qasımzadə final döyüşündə Rusiya təmsilçisi Boqdan Prima ilə qarşılaşacaq.
30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.