- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 157
- Mart 26, 2026
- 0

Azərbaycan millisinin yeniyetmə boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında finala yüksəlib.
Allsport.az xəbər verir ki, 48 kq-da çıxış edən milli üzvü yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı mübarizədən kənarlaşdırıb.
O, rəqibini 5:0 məğlub edib. Qasımov qızıl medal uğrunda Elyar Rustamovla (Özbəkistan) üz-üzə gələcək. Görüş iyulun 5-də olacaq.
Digər boksçularımızdan Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) isə yarımfinalda məğlub olduqları üçün Oyunları bürünc medalla bitiriblər.