- Baxış sayı: 35
- 22 Aprel 2025 17:44
- Baxış sayı: 63
- Aprel 23, 2025
- 0
Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I dünya olimpiya təsnifat turnirində mərhələ adlayıb.
Allsport.az xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsi çərçivəsində döyüşünü qələbə ilə başa vurub.
Dünya çempionatının mükafatçısı Elabidine Amrouq Zineni (Mərakeş) məğlub edib. Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna onun qaşından zədə alması səbəb olub. Döyüş dayandırıldığından Sərxan 3:2 (20:18, 19:19, 19:19, 20:18, 18:20) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.
Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.