- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatında Azərbaycan tarix yazıb. Allsport.az saytı xəbər verir ki, finalda bu yarışın 2-qat qalibi Məhəmmədrəsul Məcidov (+91 kq) qazaxıstanlı Kamşibəy Kunkabayevlə üz-üzə gəlib. Döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28).
O, bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. DÇ-2011 və DÇ-2013-də baş mükafata sahib çıxan boksçumuz növbəti zəfəri ilə öz rekordunu da yeniləyib.
Beləliklə, 9 gün davam edən yarışda Azərbaycan millisi 2 medalla başa vurub. Məhəmmədrəsul Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) adını mükafatçılar sırasına yazdırıb. Olimpiya mükafatçımız yarışı 3-cü pillədə başa vurub.