- Baxış sayı: 35
- 05 Dekabr 2025 10:45
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I dünya olimpiya təsnifat turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Şəhla Allahverdiyeva çıxıb.
66 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Mariana Soto Torres (İspaniya) ilə üz-üzə gəlib. Döyüş Allahverdiyevanın qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Bununla da ardıcıl ikinci qələbəsini qazanan Şəhla 1/8 finala yüksəlib və Paris-2024 yay olimpiya oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığma üzvü üçüncü döyüşünə martın 9-da çıxacaq. Allahverdiyevanın rəqibi ukraynalı Anastasiya Çernokolenko olacaq.