- Baxış sayı: 379
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan boksçusu Marjona Savriyeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında ilk görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final çərçivəsində Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyiblər. Qalib elan olunan Savriyeva yarımfinala yüksəlib. O, bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.
Marjona oktyabrın 17-də final uğrunda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.