Boksçumuzdan qələbə

Tailandın paytaxtı Banqkokda boks üzrə II dünya olimpiya təsnifat turnirinə start verilib.

Allsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.

Həmin kateqoriyadan