Boksçuya 6 illik həbs cəzası

Orta çəkidə sabiq Böyük Britaniya çempionu Lennoks Klark narkotik alverinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Allsport.az xəbər verir ki, 33 yaşlı boksçu ölkəsində axtarışda olmasına baxmayaraq, İrlandiya, Tailand və Meksikada gizlənib.

Klark vətəninə dönən kimi həbs edilib.

Lennoks karyerası ərzində 23 döyüş keçirib, 20 qələbə qazanıb (8-i nokautla), 2 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib.

Həmin kateqoriyadan

azenrutr