- Baxış sayı: 20
- 23 Mart 2026 12:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Boks millimiz yay olimpiya oyunlarına 4-cü lisenziyanı qazanıb. Allsport.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenso Sotomayor (69 kq) bu uğur yetişib.
Rio-2016-nın gümüş medalçısı Parisdə keçirilən Avropa olimpiya təsnifat turnirinin yarımfinalına yüksəlməklə olimpiadaya vəsiqə qazanmağı bacarıb. O, 1/4 finalda belaruslu Aleksandr Radionovu məğlub edib.