- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bakıda qadın boksçular arasında “Böyük ipək yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı həlledici görüşü qələbə ilə başa vurub.
50 kq-da Mərcanə Savriyeva komanda yoldaşı Günel Rəhimova üz-üzə gəlib. Adı ilk çəkilən təmsilçimiz üstünlüklə qələbə qazanıb.
Zeynəb Rəhimova (54 kq) da turnirin qalibi adına yiyələnib. O, finalda Şahina Nematovanı (Özbəkistan) 4:1 hesabı ilə məğlub edib.
Digər boksçularımızdan Mehparə Məmmədova (48 kq) həlledici görüşdə Erika Priskiandaroya (İtaliya), Lalə Namazlı (63 kq) isə Canfora Assuntaya (İtaliya) məğlub olduğundan, 2-ci yeri tutublar.
Beləliklə, qadın millimiz “Böyük ipək yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.
11 ölkənin 121 idmançının qatıldığı yarışda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.